Diplomatlara xoş xəbər
10 sentyabr 2013 11:41 (UTC +04:00)

Diplomatlara xoş xəbər

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edib.

 

Lent.az-ın verdiyi məlumata görə, indiyə qədər diplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət Mərkəzinin direktoru və onunla birlikdə gedən arvadı (əri) və 18 yaşına çatmış ərdə olmayan qızı ezamiyyətdə olduğu müddətdə Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasportla təmin olunublar.

 

Bundan sonra Mərkəzin direktorunun 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları da ezamiyyətdə olduğu müddətdə Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasportla təmin olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar