Gələcək uğurlara!
15 avqust 2013 13:32 (UTC +04:00)

Gələcək uğurlara!

Azərbaycanı qüdrətli dövlətə çevirmək, müstəqilliyi və əldə olunan uğurları qarantı altına almaq üçün ən başlıcası ölkədə Ümummilli lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Çünki Azərbaycanın keçdiyi qısa, lakin şanlı 20 illik tarix və tarixi nailiyyətlər bunu zəruri edir. Bu amili qiymətləndirən xalq Azərbaycanın gələcək inkişafının qarantı kimi İlham Əliyevin namizədliyini dəstəkləyir. Anlaşılandır ki, şəxsi maraqları naminə milli birliyi pozmağa çalışan, yalnız öz mənafe və gəlirləri üçün çalışan, heç bir siyasi təcrübə və bacarığa malik olmayan  şəxslər xalqdan eyni etinasızlığı görəcəklər.  Azərbaycanın son illər artan nüfuzu, beynəlxalq arenada yeri və rolu, regional lider imici məqsədyönlü, praqmatik və perspektiv strateji inkişaf xəttinin əsasında formalaşmışdır. Son illər Azərbaycanda aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən irəliləyişlər, qeyri-neft sektorunun inkişafı müsbət nəticələrə gətirib çıxarmış, regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.         Bu gün ölkəmiz dünyanın bir çox mötəbər qurumlarında təmsil olunmaqla yanaşı BMT kimi beynəlxalq təşkilatın TŞ-na qeyri-daimi üzvlüyü ilə qlobal arenanın diqqət mərkəzində olmağı bacarmışdır. Eyni zamanda regional təşkilatlarla əməkdaşlıq da arzuolunan səviyyədə reallaşır. Bu fakt Azərbaycanın bugünkü və gələcək uğurlu inkişafının təməlində dayanan siyasətin düzgünlüyününü, siyuativlik və proqressivliyinin yalnız bir nümunəsidir. Təkcə son 2-3 ilə baxmaq kifayət edər ki, Azərbaycanda reallaşan rasional strategiyadan xəbərdar olasan. Azərbaycan etibarlı tərəfdaşlığı, beynəlxalq münasibətlər sistemindəki inamlı əməkdaşlığı ilə regional aktora çevrilmişdir.

Bütün bu sadalanan nailiyyətlərin əsas təşəbbüskarçısı və bayraqdarı isə milləti, dövləti irəli apara biləcək, dünyada tanıdacaq və seçəcək lider rəhbərliyidir. İlham Əliyev artıq bu liderliyi doğrultmuş, harada yaşamasından asılı olmayaraq 50 milyondan artıq azərbaycanlının Prezidenti olmağı bacarmışdır. Təsadüfi deyildir ki, prezident seçkilərinin yaxınlaşdığı bir zamanda xaricdə yaşayan soydaşlarımız da İlham Əliyevin namizədliyini irəli sürür, bu posta layiq yeganə şəxs olduğunu təsdiqləyirlər. Bu baxımdan Yeni Azərbaycan Partiyasının bu il oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikasının prezidenti seçkilərində prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin seçki sənədlərini Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməsi şübhə doğurmur. Belə bir məsəl var: “Xalqın gözü tərəzidir”. Həqiqətən xalq kimin nə üçün və nəyin naminə fəaliyyətini yaxşı görür və qiymətləndirməyi bacarır. 10 illik dinamik, yenilməz fəaliyyət milli etimad bazisini formalaşdırmışdır. Prezident xalqın etibarını qazanmaqla aternativsizliyini doğrultmuşdur. Azərbaycanın inkişafını bu tempdə və daha da uğurlu görməyi arzulayan hər bir vətəndaşın seçdiyi yol məhz budur-yeni nailiyyətlərə, gələcək qələbələrə, milli maraqlara xidmət edən uğurlu Azərbaycan yolu!

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Oxşar yazılar