Seçki gününün hava proqnozu açıqlandı
07 oktyabr 2013 13:20 (UTC +04:00)

Seçki gününün hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 8-ə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

 

Şimal küləyi  əsəcək. Havanın temperaturu gecə 10-12 dərəcə,  gündüz 13-16 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacaq. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək.  Aran rayonlarında gecə 7-12 gÜndüz 14-19 , dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 4-9 dərəcə isti olacaq.

 

Azərbaycan oktyabrın 9-da prezident seçkiləri günü havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə yüksələcək. Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Zəif şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun səhər saatlarında 12-15 dərəcə isti, gündüz 15-19 dərəcə isti, axşam yenidən 12-14 dərəcə isti olacağı gözlənilir.

 

Rayonlara gəlincə, Əksər rayonlarda  əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında duman olacağı, Lənkəran-Astara zonasında isə az yağış yağacağı gözlənilir. Havanın temperaturunun Aran rayonlarında gündüz 15-20, dağlıq ərazilərdə 6-11 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2970
avatar

Oxşar yazılar