Cəlilabadda avtomobil yolunun tikintisinə 2 milyon manat ayrılıb
05 avqust 2013 18:38 (UTC +04:00)

Cəlilabadda avtomobil yolunun tikintisinə 2 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2.0 (iki) milyon manat ayrılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390
avatar

Oxşar yazılar