Bakının daha bir tarixi sökülür
23 noyabr 2015 16:00 (UTC +04:00)

Bakının daha bir tarixi sökülür

0

Bakı bulvarının ən böyük attraksionlarından biri sökülür. Lent.az-ın criminal.az-a istinadən verdiyi məlumata görə, bulvardakı ''Şeytan çarxı'' kimi tanınan attraksion artıq fəaliyyətini dayandırıb. Attraksionun əsas hissəsi sökülüb. 

 

Xatırladaq ki, bir müddət əvvəl həmin attraksionun qəzalı vəziyyətdə olması barədə sosial şəbəkələrdə fotolar yayılsa da, bulvar rəhbərliyi bunu təkzib etmişdi. Hazırda həmin attraksionun hansı səbəbdən sökülməsi məlum deyil. 

 

Qeyd edək ki, bulvarın yeni salınmış ərazisində daha böyük ''Şeytan çarxı'' quraşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar