Bu il Azərbaycanda 3128 zəlzələ olub
07 sentyabr 2015 15:31 (UTC +04:00)

Bu il Azərbaycanda 3128 zəlzələ olub

 

“Bu il yanvarın 1-dən indiyədək Azərbaycan ərazisində 3128 zəlzələ qeydə alınıb”.

 

Lent.az-ın məlumatına görə, bunu sentyabrın 4-də Şəkidə baş verən zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrinə dair mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

 

 

Onun sözlərinə görə, Şəkidə baş verən zəlzələdən sonra bölgədə seysmik nəzarət işləri aparılır: “Prezident İlham Əliyevin tapşırığına əsasən, Seysmoloji Xidmətin əməkdaşları episentrik ocaqda baş verənləri izləmək məqsədi ilə həmin əraziyə ezam olunub. Dağıntılara səbəb olan güclü zəlzələ olduğu üçün zəlzələ ocağında birdən-birə dayanma prosesi baş verə bilməz. Buna görə zəlzələnin yenidən təkrarlanma ehtimalı çoxdur. 7 ballıq zəlzələdən sonra həmin gün ərzində eyni ərazidə 50-dən çox xırda afterşoklar olub”.

 

Q. Yetirmişli eyni zonada yenidən 3, 4, 5 ballıq xırda təkanların baş verə biləcəyini də qeyd edib. Q.Yetirmişli Şamaxı və İsmayıllı zonalarının seysmik baxımdan Azərbaycanın ən yüksək aktivliyə malik olan bölgələr olduğunu vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Fərizə Əhmədova

Oxşar yazılar