Bakı-İstanbul aviareysi təxirə salınıb
17 fevral 2016 17:53 (UTC +04:00)

Bakı-İstanbul aviareysi təxirə salınıb

0

 

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

 

Onun sözlərinə görə, fevralın 17-də Bakıdan İstanbula olan aviareys sərnişin azlığı səbəbindən təxirə salınıb. Uçuş yerli vaxtla saat 17:35-də olmalı idi.

 

“Aviareysin təxirə salınması barədə bilet alan sərnişinlərə öncədən məlumat verilib. AZAL sözügedən aviareysə bileti olan sərnişinlərə AZAL-ın hesabına alternativ aviareyslər təklif edib”, - deyə P.Kəsəmənski vurğulayıb.

 

Qeyd edək ki, Bakıdan İstanbula hər gün aviareyslər yerinə yetirilir. Bu marşrut üzrə növbəti reys bu gün saat 20:45-də reallaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar