Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 17-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı, ayrı-ayrı yerlərdə isə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.