Bazar günü yağış yağacaq
07 noyabr 2015 12:45 (UTC +04:00)

Bazar günü yağış yağacaq

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 08-də hava şəraitinin çiskinli olacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

 

Rayonlarda bəzi yerlərdə yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar