Bakının bu ərazisində su olmayacaq
Bakının 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a "Azərsu"dan bildirilib.
Məhdudiyyət Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədardır. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.
227