Bakıda qeyri-qanuni ibadət yeri aşkarlandı
07 fevral 2018 17:51 (UTC +04:00)

Bakıda qeyri-qanuni ibadət yeri aşkarlandı

0
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanı əməkdaşlarının birgə iştirakı ilə fevralın 7-də dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.
 
 
 
Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də, “Dini etiqad azadlığı haqqında” qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.
 
 
 
Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Bəşirov Valeh Əvəz oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 539

Oxşar yazılar