Bakıda ət bahalaşıb
27 dekabr 2015 18:35 (UTC +04:00)

Bakıda ət bahalaşıb

Bakıdakı ət satışı mağazalarında qəssablar qiyməti qaldırıblar. Lent.az modern.az-a istinadən xəbər verir ki, mal və qoyun ətinin qiyməti satış yerindən asılı olaraq 1-2 manat qalxıb. Qəssablar ətin qiymətindəki artımı ölkəboyu yaşanan bahalaşma dalğası ilə əlaqələndiriblər.

 

Eyni zamanda bildiriblər ki, ətin bahalaşmasının bundan sonra da davam edəcəyi istisna deyil.

 

Hazırda Bakıda satış yerindən asılı olaraq mal əti 7-8 manata, qoyun əti isə 9-11 manata satılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar