Azərbaycanlı uşaqların əcnəbilərə verilməsi ilə bağlı - <span style="color:red;">QƏRAR
17 mart 2014 10:49 (UTC +04:00)

Azərbaycanlı uşaqların əcnəbilərə verilməsi ilə bağlı - QƏRAR

Baş nazir Artur Rasizadə "Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot  Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini  arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar verib.

 

Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılığın verilməsini, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri Nazirlər Kabinetinə məlumat verməklə həyata keçirəcək.

 

Baş nazir həmçinin, "Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə də qərar verib.

 

Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarım ildən bir Nazirlər Kabinetinə aşağıdakı hesabatları təqdim edəcək:

Ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə;

 "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyasının iştirakçısı olan xarici dövlətin mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanların Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün verilən icazələr barədə;

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən akkreditə edilmiş orqanların xarici dövlətin ərazisində fəaliyyət göstərməsi üçün verilmiş  razılıqlar barədə;

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19