Ölkəmizdən Nobel Mükafatına namizədlər irəli sürüləcək. Bu barədə Lent. az-a AMEA-dan məlumat verilib. Norveç Nobel Komitəsi 2014-cü il üçün Nobel Sülh Mükafatına Azərbaycandan müvafiq sahələr üzrə namizədlərin seçilməsini təklif edib. Bu məqsədlə, AMEA-nın elmi bölmələrinin akademik-katiblərinə təkliflərin hazırlanması həvalə olunub.
Namizədlər 1 fevral 2014-cü il tarixinədək Norveç Nobel Komitəsinə təqdim olunmalıdır.
Qeyd edək ki, bu mükafat ənənəvi olaraq, dünyada sülh və əmin-amanlıq uğrunda mübarizə aparmış şəxslərə və ya təşkilatlara təqdim edilir.
Mükafata parlament və hökumət, həmçinin beynəlxalq məhkəmə üzvləri, universitet rəhbərləri, sosial elmlər, tarix, fəlsəfə, hüquq və teologiya üzrə professorlar, sülh tədqiqat institutları və digərləri təklif irəli sürmək hüququna malikdirlər. Nobel Sülh Mükafatına, həmçinin institut və assosiasiyalar da layiq görülə bilər.