Azərbaycanda uşaq ölümü göstəricisi 3 dəfə azalıb - Nazirlik
15 yanvar 2018 10:41 (UTC +04:00)

Azərbaycanda uşaq ölümü göstəricisi 3 dəfə azalıb - Nazirlik

Gəncə şəhər Səhiyyə İdarəsində “Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı”na həsr edilmiş müşavirə keçirilib. 

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirənin əsas məqsədi ölkədə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub.

 

Tədbirdə bildirilib ki, keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.

 

Müşavirədə 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

APA Baycan

Oxşar yazılar