Azərbaycan Filippinə yardım etdi - YENİLƏNİB
10 yanvar 2014 18:09 (UTC +04:00)

Azərbaycan Filippinə yardım etdi - YENİLƏNİB

Ötən il Filippində baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti bu ölkəyə 200 min ABŞ dolları məbləğində vəsait ayırıb.

 

Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bu vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının ödənməsinə sərf ediləcək.

 Xatırladaq ki, Hayyan qasırğası 2013-cü ilin noyabrda baş verib. Təbii fəlakət Filippində minlərlə insanın ölümünə və yüzlərlə evin tamamilə dağılmasına səbəb olub, ölkədə qida, su və digər ilkin ehtiyac məhsullarına kəskin ehtiyac yaranıb.

Yaranmış humanitar böhranın miqyasını nəzərə alaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Filippin hökuməti və BMT beynəlxalq ictimaiyyətə birgə müraciət edib. Bu müraciətə cavab olaraq dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları ilə yanaşı, Azərbaycan da Filippinə yardım göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805

Oxşar yazılar