Aranın incisi quruyur...
29 aprel 2013 15:58 (UTC +04:00)

Aranın incisi quruyur...

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Hacıqabul gölünün bərpasına dəstək” layihəsinin icrasına başlayıb.

Layihə çərçivəsində aprelin 27-də Hacıqabul gölündə yaranmış vəziyyətlə yerində tanış  olmaq üçün İctimai Birliyin və digər gənclər təşkilatlarının üzvü olan gənclərin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri, eləcə də  ekoloji mövzularda yazan jurnalistlərin Hacıqabul gölünə ekskursiyası təşkil edilib. Səfər zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Hacıqabul balıq”ASC-nin əmakdaşları gölün durumu ilə bağlı məlumat veriblər. Bildirilib ki,  ötən əsrin 50-ci illərində gölün sahəsi 15,4 kmolan Hacıqabul gölünün  akvatoriyası hazırda 5,0 km2-dən azdır. Göl tarixən Kür çayının sərbəst meandrlaşması nəticəsində əmələ gələrək Böyük Qafqazın cənub-şərq yamaclarından axan səth suları, yeraltı sular və Kür çayında dövrü olaraq baş verən daşqınların suları hesabına qidalanıb. Ötən əsrin I yarısında gölün cənub hissəsindən süni kanal çəkilərək Kür çayı ilə birbaşa əlaqə yaradılıb və göldə çəki, sıf, külmə, çapaq, naqqa kimi balıqlar yetişdirilib. Bundan əlavə, hər il qışlama dövründə şimaldan uçub gələn köçəri quşlar, o cümlədən də 3 minədək qızıl qaz və göydimdik ördək olub. Ancaq Mingəçevir su anbarının istifadəyə verilməsi ilə Kür çayında su səviyyəsinin tənzimlənməsi, Kür çayı ilə Hacıqabul gölü arası ərazidə Baş Şirvan Kollektorunun çəkilməsi və çəkilən süni  kanalın sıradan çıxması  gölün əsas qidalanma mənbəyi olan daşqın sularından təcrid olunması ilə nəticələnib. Gölün quruması prosesinin qarşısını almaq məqsədi ilə göldən 6 km məsafədə yerləşən Ağacanlı kəndi yaxınlığından suburaxıcılıq qabiliyyəti 3 m3/san olan torpaq kanal çəkilib və şlüz qurğusundan istifadə etməklə Kürdən nasoslar vasitəsilə gölə su vurulub. 2007-ci ilə qədər bu kanaldan istifadə olunub. Sonradan Kürətrafı ərazidə bəndvurma işləri həyata keçirilərkən şlüz qurğusu torpaq altında qalaraq istifadəyə yararsız vəziyyətə düşüb, kanalın dibi qamış və digər bitkilərlə tutularaq buraxıcılıq qabiliyyəti azalıb. Glün akvatoriyasının kiçilməsi prosesi isə bu gün də davam edir.  başlayıb. Proses bu gün də davam edir. , Hacıqabul gölü son 10 ildə müqavilə əsasında “Hacıqabul balıq” və “Azəri ASC”-nə icarəyə verilib, hazırda isə gölün mülkiyyət sahibi bəlli deyil. Gölün tarixən formalaşmış ərazisi torpaq bəndlə iki hissəyə ayrılıb, bənd üzərində də mülkiyyət hüququ yoxdur. Artıq Hacıqabul gölü gölə bənzəmədiyindən, bir vaxt gölün ərazisi olan yerlərdən istifadə də edilib. Bir sıra dövlət qurumları infrastruktur layihələri həyata keçirərkən mövcud vəziyyətə uyğun olaraq, yəni əvvəllər gölün bir hissəsi olmuş ərazilərdə  kommunikasiya xətləri çəkiblər. Məsələn, gölün qərb sərhədi boyu Kür çayından Müdafiə  Sənayesi Nazirliyinin “Cihazqayırma” və “Araz” zavodlarına 50 mm diametrli yeraltı su borusu xətti çəkilib və kiçik sahələrdə yerüstü xidmət qurğuları inşa edilib. Gölün Hacıqabul ərazisinə aid hissəsində neft quyuları və neft və qaz xətləri də mövcuddur. Gölün cənub kənarında gölə aid ərazidə 32 yaşayış evi inşa olunub və gölün bərpası zamanı həmin evlərin su altında qalması gözlənilir. Bu evlərdən və gölün şərq kənarı boyu yerləşən “Bağ massivi” adlanan yaşayış məntəqəsindən çirkab suları (400-600 m3/gün) axaraq burada gölməçələr yaradır. Hacıqabul şəhərinin təmizlənməyən kanalizasiya suları (il ərzində 900 min m3) da əlavə problem qaynağıdır. Gölün Şirvan şəhərinə məxsus hissəsi isə tam quruyub, yulğun, qamış və digər kol bitkiləri ilə örtülüb.

 

Qeyd edək ki, tədbir iştirakçıları gölün ətrafında yaranmış ekoloji vəziyyət və bunun ətraf mühitə mənfi təsirləri ilə bağlı vəziyyətlə yaxından tanış olublar. Layihə çərçivəsində landşaft cəhətdən kasad Aran rayonlarında bir zamanlar mikro və makro iqlimin formalaşmasında mühüm rol oynamış bu gölün bərpası ilə bağlı təkliflər hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabinetinə təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230
avatar

Oxşar yazılar