AMEA dövlət başçısına müraciət edəcək
06 noyabr 2013 17:00 (UTC +04:00)

AMEA dövlət başçısına müraciət edəcək

 Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın  “Nizami Gəncəvi adına Qızıl medal”ının əsasnaməsi və təsvirinin layihələri müzakirə edilib. Bu barədə Lent. az-a AMEA-dan məlumat verilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək medalın əhəmiyyətindən danışıb. Bildirib ki, medalın təsis olunmasının məqsədi elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək  səviyyəli tədqiqatlar aparmağa həvəsləndirməkdir.

Sonra isə AMEA-nın akademik katibi, Akademiyanın müxbir üzvü, professor Rasim Əliquliyev çıxış edərək  nəzərə çatdırıb ki, əsasnamənin layihəsinə görə, medal AMEA-nın ən yüksək mükafatı olacaq. Bu mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya  mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtiralarına, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilməsi nəzərdə tutulur.

Sonda “Nizami Gəncəvi adına Qızıl medal”ın təsis edilməsi və əsasnaməsinin təsdiq olunması məqsədi ilə ölkə prezidentinə müraciət ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1325

Oxşar yazılar