Prezident İlham Əliyev Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Şəlalə Ağakərim qızı Məmmədova Mülki Kollegiyanın sədri, Hikmət Abbas oğlu Mirzəyev İnzibati-İqtisadi Kollegiyanın sədri, Şahin Yaşar oğlu Yusifov Cinayət Kollegiyasının sədri təyin edilib.