Abituriyentlərin 65 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb
28 yanvar 2014 11:48 (UTC +04:00)

Abituriyentlərin 65 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üzrə qəbul imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri açıqlayıb. Lent.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il abituriyentlərin 65 faizi imtahandan "2", 13.8%-i "3", 15.7%-i "4", 5.6%-i isə "5" qiymət alıb. Ötən il isə bu göstəricilər uyğun olaraq 64.7%, 15.1%, 15.5%, 4.8% olub: “Bu il “2”, “4” və “5” qiymət alanların faizi artıb, “3” qiymət alanların faizi isə azalıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Ali məktəblərə qəbul olanların 27.7%-ni "3", 41.3%-ni "4", 14.8%-ni isə "5" qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər uyğun olaraq 29.3%, 43.6%, 13.7% olub.

 

100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 22%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır: “Təəssüflə qeyd etmək lazımdır ki, bu il Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası Babək rayonunun cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar