GoldenPay şirkəti, Hesab.az (www.hesab.az) onlayn xidmətlər portalında iki milyonuncu ödənişi həyata keçirən istifadəçini təltif etdi.
Hesab.az elektron portalı istifadəyə verildikdən bəri (aprel 2011-ci il), yubiley, iki milyonuncu ödəniş həyata keçirildi.
Yubiley tranzaksiyanı Sumqayıt sakini Elnur Quliyev həyata keçirib. Ödəniş məbləği cəmi 2 manat təşkil edib.
İki milyonuncu ödənişi həyata keçirən istifadəçi, GoldenPay şirkəti tərəfindən Nokia Lumia 720 mobil telefonu ilə təltif edildi.
GoldenPay şirkətinin baş direktoru Fərid İsmayılzadə: “İki milyonuncu ödənişi biz hamımız səbirsizliklə gözləyirdik. Bu istifadəçilərin elektron ödənişlərin necə rahat olduğunu hiss etmələrinin göstəricisi, bizim üçün isə bir şirkət olaraq, bu yeni inkişaf mərhələsi deməkdir”.
Azərbaycan elektron ödənişlər bazarı, İsmayılzadənin sözlərinə görə, hələ inkişaf mərhələsindədir.
Hesab.az onlayn xidmət portalının istifadəçilərinin sayı orta hesabla ildə 50 faizdən çox artır. Əyər ilin əvvəlinə istifadəçilərin sayı təqribən 34 min təşkil edirdisə, hal hazırda bu rəqəm 70 mini ötüb.
GoldenPay elektron ödəmə sistemi 300 yaxın şirkət və müəssisələrin xidmətlərini ödəməyə imkan verir.
Hesab.az portalı haqqında:
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “hesab.az” onlayn xidmət portalı, mobil operatorlar, İnternet- provayderlər, bütün kabel televiziya operatorlarının və kommunal şirkətlərin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bundan başqa, portalda lizing və bank kreditlərinin ödənişi və onlayn-sığorta xidmətləri göstərilir. Hazırda portalda qeydiyyatdan keçən 70 mindən artıq abunəçiyə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.