(R) Azercell gəncləri mobil texnologiyalara daha yaxın edir
26 avqust 2013 18:02 (UTC +04:00)

(R) Azercell gəncləri mobil texnologiyalara daha yaxın edir

Hər zaman yenilikçi layihələri ilə tanınan Azercell Telekom gənclər üçün növbəti  "Baku TechTalks"  tədbirini  keçirib.  Barama İnnovasiya Mərkəzi və Google Developers Group Baku ilə birgə təşkil olunan tədbirin bu dəfəki mövzusu “Mobil Əməliyyat Sistemləri" adı  altında baş tutub. 

 

Məlumat üçün bildirək ki,  texnoloji yeniliklərin Azərbaycan bazarında tətbiqində lider olan Azercellin dəstəyi ilə keçirilən "Baku TechTalks”  proqramının əsas məqsədi müzakirələr əsnasında İT icması üçün maraqlı və faydalı məlumatların paylaşılmasıdır. Tədbirdə  İnformasiya və Kommunikasiya

 

Texnologiyalarının müxtəlif sahələrindən olan mütəxəssislər  iOS, Android, Blackberry və Windows Phone platformaları və Mobil tətbiqetmələrin yaradılmasının biznes fəaliyyətinə çevrilməsi imkanları haqqında danışıblar. Eyni zamanda tədbirdə  Azərbaycanda mobil tətbiqetmələr üçün bazar imkanları haqqında müzakirələr aparılıb və peşəkar mütəxəssislər öz təcrübələrini gənc proqramçılarla bölüşüblər.  Tədbirdə, həm də,  Azərbaycanda mobil tətbiqetmələr bazarında vəziyyət və onun inkişafı üçün təkliflər  irəli sürülüb, müzakirələr aparılıb.Tədbirin sonunda müzakirələrdə ən fəal  iştirak edən gənclərə Azercell tərəfindən qızıl seriyalı nömrələr, digər iştirakçılara isə Fakturalı xətt nömrələri hədiyyə olunub.

 

Azercell Telekom gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradır. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Fəaliyyətə başladığı 2009-cu ildən etibarən 3000-dən artıq gənc Barama İnnovasiya Mərkəzinin müxtəlif layihələrində iştirak eedib. 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

 

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon

 

Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci

 

ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar