(R) “Bank of Baku” 118 Məlumat-Sorğu Xidməti ilə əməkdaşlığa başladı!
01 aprel 2013 17:29 (UTC +04:00)

(R) “Bank of Baku” 118 Məlumat-Sorğu Xidməti ilə əməkdaşlığa başladı!

“Bank of Baku” və 118 Məlumat-Sorğu Xidməti  müştərək “Bank krediti sifarişi” xidmətinə start verirlər. “Bank krediti sifarişi” xidmətindən “Bank of Baku”-nun  məhsul və xidmətlərindən faydalanmaq istəyən hər bir vətəndaş bəhrələnə bilər. Müştəri 118 xidməti vasitəsilə sifarişini edəndən sonra bank 1 iş günü ərzində mütəri ilə əlaqə saxlayır və ona hansı məbləğdə kredit ala biləcəyini bildirilir.

“Bank krediti sifarişi” xidmətininin əsas üstünlüklərindən biri  müştərinin illik faiz dərəcəsindən 2 %-lik endirimdən faydalanması və növbədənkənar kredit əldə etmə imkanıdır.

“Bank krediti sifarişi” xidmətinin haqqı 118 xidmətinin standard tarifi ilə eynidir.

 

“118 Məlumat Sorğu Xidməti” istifadəçilər üçün məlumatları daha asan, istənilən vaxt, istənilən yerdən əldə olunmasına yardım edən bir vasitədir. “118 Məlumat Sorğu Xidməti” daimi yenilənən məlumat bazasıdır.  “118 Məlumat-Sorğu Xidməti”nə zənglər həm şəhər telefonlarından, həm də Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlardan sadəcə “118” yığmaqla mümkündür.

 

“Bank krediti sifarişi” xidməti ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun sosial şəbəkə səhifəsi– www.facebook.com/bankofbaku  ünvanına baş çəkmək kifayətdir.

 

# 495
avatar

Oxşar yazılar