I sinfə qəbul olan şagirdlərin sayı 157000-ə yüksəlib
28 dekabr 2015 17:19 (UTC +04:00)

I sinfə qəbul olan şagirdlərin sayı 157000-ə yüksəlib

Ölkədə müsbət demoqrafik vəziyyət nəticəsində son illərdə I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə edilir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2015-2016-cı dərs ilində ümumi təhsil müəssisələrinin I sinfinə qəbul olan şagirdlərin sayı 157000-ə yüksəlib. Son illərdə I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə edilir.

 Belə ki, 2013-cü ildə I sinif şagirdlərinin sayı 138 000, 2014-cü ildə isə 152 000 nəfər olub.

Qeyd edək ki, 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 359 173 şagird təhsil alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275

Oxşar yazılar