[b]IX siniflər üzrə buraxılış imtahanlarının qaydaları açıqlandı[/b]
19 yanvar 2018 11:48 (UTC +04:00)

[b]IX siniflər üzrə buraxılış imtahanlarının qaydaları açıqlandı[/b]

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
 
 
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq olar. 
 
 
Qaydalara əsasən, ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə  buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli test tapşırıqlarından, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə edilməsi planlaşdırılır. İkinci mərhələdə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur. 
 
 
Jurnalda həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar,  buraxılış imtahanın I və II mərhələləri üçün tapşırıq nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapıb.  
 
Jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaq.
 
“Abituriyent” jurnalının xüsusi buraxılışı Azərbaycan və rus dillərində çap olunub. Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə etmək olar:
http://www.abiturient.az/index.php?status=elaqe&lang=az
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar