[b]Azərbaycanda neçə nəfər ipoteka ilə ev alıb?[/b]
27 dekabr 2017 14:36 (UTC +04:00)

[b]Azərbaycanda neçə nəfər ipoteka ilə ev alıb?[/b]

Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən əvvəlki illərdə olduğu kimi 2017-ci ildə də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli ipoteka kreditlərinin verilməsi və ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunması istiqamətində işlər davam etdirilib.


Fonddan "APA-Economics"ə verilən xəbərə görə, 2017-ci il ərzində 3000-ə yaxın vətəndaş ipoteka kreditindən faydalanaraq mənzil problemini həll edib.


Cari ildə verilən kreditlərin məbləği 194 mln. manat təşkil edib. Beləliklə, 12 il ərzində 21 mindən artıq ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaradılıb, verilmiş kreditlərin həcmi isə 930 mln. manata çatıb.


Verilmiş ipoteka kreditlərinin 276 mln. manatdan çox hissəsini güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

APA Baycan

Oxşar yazılar