“Space” telekanalında yayımlanan “Günaydın” verilişində maraqlı olay baş verib. Lent.az-ın məlumatına görə, verilişdə qonaq olan parapsixoloq, ekstrasens Həsən Həsrətli verilişdə iştirak edən şəxslərdən birin bədənində “cin” olduğunu deyib. Daha sonra həmin şəxsin razılığı ilə onun içindəki “cin”i çıxarmağa başlayıb.
H.Həsrətli bu yolla ona inanmayanlara “cin”in olduğunu və insan içində gizləndiyini sübut etməyə çalışıb. Ekstrasensin bədənindən “cin” çıxardığı şəxs “əməliyyat” vaxtı özündən gedib.