“Sosial şəbəkələrdə özlərini MTN və DİN əməkdaşı kimi təqdim edənlərin sayı artır”
29 aprel 2013 17:26 (UTC +04:00)

“Sosial şəbəkələrdə özlərini MTN və DİN əməkdaşı kimi təqdim edənlərin sayı artır”

"Nəfəs" LGBT Azərbaycan Alyansı bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda deyilir ki, Alyans daha çox Azərbaycanda yaşayan homoseksual insanların istifadə etdiyi sosial şəbəkələrdə müşahidə aparıb. Aparılan müşahidələr və edilən müraciətlər nəticəsində məlum olub ki, sosial şəbəkələrdə özlərini Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən insanların sayı artmaqdadır. Özlərini adı çəkilən dövlət orqanlarının əməkdaşları kimi təqdim edən şəxslərin hədəf nöqtəsi homoseksuallardır. Qrup şəklində müəyyən müddət qurban kimi seçdikləri şəxslərlə özlərini homoseksual kimi göstərərək onunla yazışıb onun haqqında informasiya əldə edirlər. Sonra bundan başqa niyyətlərini reallaşdırmaq məqsədilə istifadə edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Oxşar yazılar