“Şəfa” stadionunun qarşısında tikilən tuneldən son xəbər
23 may 2013 14:15 (UTC +04:00)

“Şəfa” stadionunun qarşısında tikilən tuneldən son xəbər

Şəfa stadionunun qarşısında yeraltı tunel və piyada keçidinin tikintisinə başlanılıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev  prospektinin  Müzəffər Nərimanov və 5-ci  köndələn küçələri ilə  kəsişməsində («Şəfa» stadionunun qarşısında) nəzərdə tutulan yeraltı tunel və piyada keçidinin layihələndirməsi və ərazi boyu kommunikasiya xətlərinin  müəyyən hissəsinin köçürülməsi başa çatdırılıb.  2 gediş və 2 gəliş üçün nəzərdə tutulan tunelin uzunluğu 896 m, eni isə 16,5 m təşkil edəcək. Hazırda tunelin beton əsasının hazırlanması işləri gedir.

Uzunluğu 102 m, hündürlüyü 3,2 m planlaşdırılan piyada keçidin isə giriş-çıxış hissələrinin bünövrələri qazılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070
avatar

Nizam Rza

Oxşar yazılar