Paytaxt sakinləri arasında geniş müzakirələrə səbəb olan rezin ördək Bakıya gələsi olmadı. Lent.az-ın YARAT Müasir İncəsənət Mərkəzinin "Facebook" səhifəsinə istinadən məlumatına görə, ördəyin Bakı səfərinin təxirə düşməsinə səbəb qeyri-sabit hava şəraitidir:
"Təəssüflə nəzərinizə çatdırmaq istəyirik ki, qeyri-münasib hava şəraitinə görə, 2013-cü ilin 5 sentyabr tarixində Bakı Bulvarında gözlənilən Hollandiya incəsənət xadimi Florentiyn Hofman tərəfindən ərsəyə gətirilən “Rezin Ördək” əsərinin təqdimat mərasimi təxirə salınır. Əfsuslar olsun ki, küləkli hava və dalğalı dəniz bizi “Rezin Ördəy”in suya buraxılmasından çəkindirdi. Bununla əlaqədar olaraq Florentin Hofmanın 4 sentyabr 2013-cü ildə Beynəlxalq Muğam Mərkəzində keçirilməsi planlaşdırılan "Həyatdan da üstün" adlı mühazirəsi də təxirə salınır. Lütfən, təşkilatımızın veb-səhifəsində və Facebook hesabında tədbirlə bağlı daima yenilənən məlumatları izləyin!".