“Qaçqınkom” özünü yandıran məcburi köçkünlə bağlı məlumat yaydı
29 iyul 2015 12:00 (UTC +04:00)

“Qaçqınkom” özünü yandıran məcburi köçkünlə bağlı məlumat yaydı

 

 

Dövlət Komitəsi Ağdam rayonundan olan məcburi köçkünün özünü yandırması ilə bağlı məlumat yayıb

 

"Sahib Nəsirov içkili vəziyyətdə özünə yüngül yanıq xəsarətləri yetirib"

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonundan olan məcburi köçkün Sahib Nəsirovun özünü yandırması ilə bağlı məlumat yayıb.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün Nəsirov Sahib İsmayıl oğlu içkili vəziyyətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna gələrək, ona mənzil verilməsini tələb edib, lakin ona verilən heç bir izahatı dinləməyərək özünə yüngül yanıq xəsarətləri yetirib. 

 

"Verilən məlumata görə, Sahib Nəsirov 4 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi 29 ünvanında özünə məxsus şəxsi evdə yaşayıb.

 

2015-ci ilin yanvar ayında həmin evi sataraq qonşuluqda ev kirayələyib.

 

Sahib Nəsirov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyib. Onun bu cür məsuliyyətsiz hərəkəti isə dövlət tərəfindən məcburi köçkünlərə göstərilər diqqət və qayğıya kölgə salmaqdan başqa bir şey deyil", - deyə Dövlət Komitəsinin məlumatında bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar