“Peşə təhsili tələb olunan səviyyədə deyil” – NAZİR
27 iyun 2013 23:38 (UTC +04:00)

“Peşə təhsili tələb olunan səviyyədə deyil” – NAZİR

“Azərbaycanda peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi çox aktual məsələdir. Bu məsələnin aktuallığı ondan qaynaqlanır ki, Azərbaycan öz iqtisadi, sosial inkişaf templərinə görə, son illər ərzində aparıcı mövqelərdə dayanır. Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatı üçün zəruri biliklərə malik peşə məktəblərini bitirmiş məzunlara ehtiyac yaradır”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, hazırda ölkədə peşə təhsili bu vəzifənin öhdəsindən gələ bilmir: “Yəni, peşə təhsil sistemi Azərbaycanda tələb olunan bütün peşəkarları o səviyyədə hazırlamır. Amma bu vəzifə çox reallıqla həyata keçirilə bilər. Bunun üçün müvafiq dövlət proqramına əsaslanırıq,  fikir və təcrübələrimiz var. Bu problemin həllini biz işəgötürənlərlə, dövlət müəssisələri, özəl sektorla sıx əməkdaşlıqda, təcrübələrin aparılmasında görürük. İqtisadiyyatın çoxşaxəli inkişafı üçün keçirilən layihələrdə də bu məsələ öz əksini tapır. Təhsil sisteminin buraxdığı məhsul iqtisadiyyatda, sosial həyatda ehtiyacımız olan bir məzun olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar