“Bizim adımızdan sui-istifadə edilib”
26 iyul 2013 12:13 (UTC +04:00)

“Bizim adımızdan sui-istifadə edilib”

“Mənzillərin paylanmasından narazı olan jurnalistlərin hər hansı komitə yaratmasından məlumatsızam”.


 

APA-nın məlumatına görə, bunu açıqlamasında APA İnformasiya Agentliyinin əməkdaşı Ramil Məmmədli deyib. O bildirib ki, prezident İlham Əliyevin xoşməramlı addımı nəticəsində ölkənin bir qrup media nümayəndəsinə mənzillərin verilməsini müsbət dəyərləndirir və bir jurnalist kimi mətbuatın inkişafında əməyi olan həmkarlarının mənzillərlə təmin olunmasını tarixi hadisə hesab edir: “Bu mənada mən də həmkarlarımın sevincinə qoşulur və onların mənzillərlə təmin olunmasını təqdirəlayiq hal kimi dəyərləndirirəm. Lakin bu gün mediada “Narazı jurnalistlər komitə yaradır” başlıqlı yazıda mənim də adımın yer alması məndə təəccüb doğurub. Əvvəlcədən qeyd edim ki, həmin yazını oxuyana qədər mənim bu məqsədlə hər hansı komitənin yaradılmasından xəbərim olmayıb. Lakin nədənsə mənim də adım bu sırada yer alıb. Əlbəttə, mənzillərin bölgüsündə bəzi şəxslərin ev almasını narazılıqla qarşılamışam və bununla bağlı fikirlərimi bəzi həmkarlarımla bölüşmüşəm, həmçinin Mətbuat Şurasının rəhbərliyinin də diqqətinə çatdırmışam. Bildirmişəm ki, növbəti dəfə mən də yaşayış şəraitimi yaxşılaşdırmaq məqsədilə bu prosesdə iştiraka iddialıyam. Ancaq belə bir komitənin yaradılmasında prosesində mənim iştirakım olmayıb”.

 

R. Məmmədli təəssüflə bildirib ki, etik qaydalara uyğun olaraq, komitəni yaradan və ya bu barədə açıqlama verən şəxs əvvəlcə bura adı salınan şəxslərlə bunu müzakirə etməli idi.

 

“Hamıdan mənim adımdan istifadə etməməyi xahiş edirəm”. Bunu “APA Holdinq”ə daxil olan kulis.az saytı ilə əməkdaşlıq edən yazar Kənan Hacı bildirib.

 

K. Hacı qeyd edib ki, jurnalistlərə verilən evlərlə bağlı narazılar siyahısında onun və “kulis.az”ın adının hallandırılmasını istəmir: “Hər kəsdən öz problemi ilə məşğul olmağı və mənim adımdan sui-istifadə etməməyi xahiş edirəm”. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581
avatar

Oxşar yazılar