“ASAN radio” 100 MHz tezliyində bugündən test yayıma başlayıb.
Dövlət Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, radionun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işini həyata keçirməkdir. Eyni zamanda dövlət strukturlarına etimadın gücləndirilməsi əsas məqsədlər sırasındadır.
Bildirək ki, ilkin yayım zamanı radionun əsas fəaliyyət istiqamətlərinə dair dinləyicilərə qısa anonslar vasitəsilə məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir. Ən qısa zamanda “ASAN radio” ümumrespublika yayımını gerçəkləşdirəcək.
Qeyd edək ki, radio prezident İlham Əliyevin tapşırığına əsasən yaradılıb