“APA Holdinq”də yeni təyinatlar olub
10 sentyabr 2013 15:14 (UTC +04:00)

“APA Holdinq”də yeni təyinatlar olub

Bu gün “APA Holdinq”in Direktorlar Şurasının iclası keçirilib.


 

APA-nın məlumatına görə, iclasda kadr təyinatları məsələlərinə baxılıb.

 

Şirkətin Direktorlar Şurası Vüqar Hüseynovun APA TV-nin baş direktoru təyin olunması ilə bağlı təqdimatı təsdiqləyib. V. Hüseynov həmçinin Direktorlar Şurasının üzvü seçilib.

 

İndiyə qədər APA agentliyinin baş direktorunun müavini vəzifəsində çalışan Şahin Cəfərli isə “APA Holdinq”in birinci vitse-prezidenti təyin olunub.

 

İclasda Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll” keçirəcək ABŞ-ın Arthur J. Finkelstein & Associates (AJF) şirkəti ilə APA arasında imzalanmış müqavilə də təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar