Bu gün Bakıda «APA Holding» ilə GRBS Şirkətlər Qrupu arasında əməkdaşlıq sazişi imzalanıb.
APA-nın məlumatına görə, «APA Holding»in ofisində keçirilən tədbirdə müqaviləni «APAHolding»in prezidenti Vüsalə Mahirqızı və
Tədbirdə çıxış edən Vüsalə Mahirqızı bildirib ki, müqavilə çərçivəsində GRBS Şirkətlər Qrupu tərəfindən «APA Holding»in əməkdaşları üçün müxtəlif xidmətlər, o cümlədən xarici dillər, mühasibatlıq, kargüzarlıq, texniki peşələr üzrə kurslar təşkil olunacaq.
«GRBS-in gələcəkdə peşə təhsili ilə bağlı bəzi layihələri var. Holdinqimizə daxil olan APA TV bu layihələrdə iştirak edə, laboratoriya rolunu oynaya bilər», - deyə V.Mahirqızı bildirib.
Şirkət rəhbəri gələcəkdə «APA Holding» əməkdaşlarının
GRBS Şirkətlər Qrupunun rəhbəri B.Qurbanov isə qeyd edib ki, rəhbərlik etdiyi təşkilat akkreditasiyalarının sayına görə öz sahəsi üzrə dünyada ilk beşlikdə dayanır. Postsovet məkanında isə
B.Qurbanov onu da əlavə edib ki, GRBS tərəfindən Bakı Beynəlxalq Peşə Məktəbi adlı ilk özəl peşə təhsil müəssisəsi yaradılıb. Yaxın vaxtlarda Təhsil Nazirliyindən lisenziya alandan sonra məktəb fəaliyyətə başlayacaq.