“Abituriyentlərin nəticələri keçən illə müqayisədə 1-2 faiz aşağıdır”
02 avqust 2013 12:48 (UTC +04:00)

“Abituriyentlərin nəticələri keçən illə müqayisədə 1-2 faiz aşağıdır”



“Bu il abituriyentlərin nəticələri keçən illə müqayisədə 1-2 faiz aşağıdır”. Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə söyləyib.


Məleykə Abbassadə deyib ki, yekun nəticələr imtahanlar bitəndən sonra açıqlanacaq: “Biz ümumilikdə nəticələrin yaxşılaşdığını söyləyə bilmərik”.

Məleykə Abbaszadə onu da qeyd edib ki, Azərbaycanda təhsil sistemi təhsil alanların maraqlarını müdafiə etməlidir, təhsil sisteminin, təhsil sistemində işləyənlərin yox: “Bizim üçün təhsil almaq marağı əsasdır. Elə ölkələr var ki, gənclərdə təhsil almaq marağı yoxdur. Balların aşağı salınmasının səbəblərindən biri də gənclərimizin təhsil ətrafındakı işgüzar adamların təsirinə  düşməsini istəməyimizdir. Ukraynada belə ali məktəbələrə attestatla birbaşa qəbul da bu sıradandır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741
avatar

Oxşar yazılar