Təhsil Nazirliyi IDEA ilə birgə yeni layihəyə başlayıb
15 fevral 2016 11:16 (UTC +04:00)

Təhsil Nazirliyi IDEA ilə birgə yeni layihəyə başlayıb

0

 

Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və IDEA İctimai Birliyi məktəblilər üçün “Ətraf mühiti birgə qoruyaq” adlı ekoloji tədris proqramına başlayıb. 

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, proqramın məqsədi gənc nəslə təbiətə qayğı və məhəbbət hissinin aşılanması, ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi və ətraf mühit problemlərinin həllinə gənclərin aktiv şəkildə cəlb edilməsindən ibarətdir.

 

Bildirək ki, proqram çərçivəsində ilk təlim Bakı şəhəri 6 saylı tam orta məktəbin eko-klubunda təşkil edilib. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim “Alternativ enerji – gələcəyin enerjisi” mövzusuna həsr olunub.

 

IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi respublikamızın digər orta təhsil müəssisələrinin şagirdləri üçün də oxşar təlimlər təşkil etmək niyyətindədir. Proqrama uyğun olaraq hər ay şagirdlər üçün ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, tullantıların idarə olunması, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və digər  ekoloji mövzuları əhatə edən təlimlər təşkil ediləcək.

 

Qeyd edək ki, ekoloji tədris proqramı Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvlərini əhatə edir. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2015-ci ilin sentyabrından etibarən orta məktəblərdə ekoklubların yaradılması prosesinə başlayıb. Hazırda Bakı şəhərində 25 ümumi təhsil müəssisəsində ekoklublar fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar