Azərbaycan Multikulturalizminin problemləri barədə elmi konfrans keçirilib
22 may 2015 18:52 (UTC +04:00)

Azərbaycan Multikulturalizminin problemləri barədə elmi konfrans keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşkilatçılığı ilə ““Azərbaycan Multikulturalizmi və onun aktual problemləri”” mövzusunda elmi konfrans keçirilib. Mərkəzdən Lent.az-a verilən məlumatına görə, mərkəzin icraçı direktoru, professor Azad Məmmədov  konfransı giriş sözü ilə açaraq tədbirin UNESCO-nun “Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü”nə həsr edildiyini bidirib və ölkə siyasətinin prioritet istiqamətindən birini  təşkil edən Azərbaycan multikulturalizm barədə məlumat verib.

Konfransda AR millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Mədəni müxtəlifliklərin tənzimlənməsində Azərbaycan Respublikasının təcrübəsi“, Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oqtay Səmədov “Azərbaycan multikulturalizmi və Bilik fondunun fəaliyyəti“, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi Elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru Həcər Verdiyeva “Alban kilsəsi-Azərbaycanın maddi-mənəvi irsidir“, Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri”, Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aytən Qəhrəman “Azərbaycan multikulturalizmi fənninin tədrisi problemləri”, AMEA Fəlsəfə və Hüquq İnstitunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva “Dialoqun fəlsəfəsi və multikulturalizm” və Dövlət müşavirliyi xidmətinin aparıcı məsləhətçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Müasir Azərbaycanda multikultural şərait(dinlərarası dialoq)“ mövzusunda məruzə edib. Məruzələrdə multikultural təhlükəsizlik anlayışı, multikulturalizmin dövlət siyasəti istiqamətində yeri, multikultural situasiyanın əsas qaynağının etnik və dini müxtəliflik amili olduğundan ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsi barədə ətraflı söhbət açılıb. Qeyd edilib ki, bir sıra Qərb ölkələrin multikulturalizmin iflasa uğramasını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikasında multikulturalizmin dövlət siyasəti kimi yürüdülməsi mühüm əhəmiyyəti daşıyır və bu siyasətin ölkənin inkişafında, uğur əldə etməsində müstəsna rolu var. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Multikulturalizmin alternativi separatçılığa, terrora, islamafobiyaya və digər təhlükəli tendensiyalara şərait yaradır.

Konfransın sonunda məruzələr ətrafında geniş müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar