"Sürəti artırmayın, yolunuzu düzgün seçin"  - Polis rəisindən MÜRACİƏT
20 noyabr 2025 09:11 (UTC +04:00)

"Sürəti artırmayın, yolunuzu düzgün seçin" - Polis rəisindən MÜRACİƏT

0

"Yollarda sürət həddinin aşılması çox vaxt “bir az tez çatmaq” düşüncəsi ilə əsaslandırılır. Lakin real rəqəmlərə baxdıqda bunun heç bir ciddi üstünlük vermədiyi aydın görünür".

Lent.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

Onun sözlərinə görə, məsafəni daha yüksək sürətlə qət etdikdə 10 kilometrlik məsafədə qazandığınız vaxt cəmi bir neçə dəqiqədən artıq olmur:

60 km/saat əvəzinə 80 km/saatla hərəkət etdikdə → təxminən 2 dəqiqə 30 saniyə

80 km/saatdan 100 km/saat sürətə keçdikdə → təxminən 4 dəqiqə

100 km/saatdan 120 km/saat sürətə artırdıqda → təxminən 5 dəqiqə

Bu qədər kiçik zaman fərqinin müqabilində qəza riski isə dəfələrlə artır. Sürət yüksəldikcə nəqliyyat vasitəsinin dayanma məsafəsi uzanır, qarşıya çıxan təhlükəyə reaksiya gecikir və adi görünən bir manevr belə ağır nəticələnə bilir. Yəni qazandığını düşündüyün bir-iki dəqiqə əvəzində öz həyatını, sərnişinlərini və digər yol hərəkəti iştirakçılarını ciddi təhlükə ilə üz-üzə qoymuş olursan.

Yollarda təhlükəsizlik hər zaman birinci yerdə olmalıdır. Vaxtında çatmaq üçün ən doğru yol tələskənlik deyil, marşrutu və vaxtı düzgün planlamaqdır. Qaydaları pozaraq sürəti artırmaq nə real vaxt qazandırır, nə də yolu qısaldır — sadəcə riski böyüdür.

Sürətli yox — təhlükəsiz sür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar