Türkiyədə ata-oğul evdə ölü halda tapılıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ərzincan şəhərinin Fateh məhəlləsində baş verib.
67 yaşlı Rəşid K. və 34 yaşlı oğlu Yasin K.-dan xəbər ala bilməyən yaxınları polisə xəbər veriblər. Onların yaşadığı ünvana gedən polislər ata və oğulun silahla vurulmuş meyitlərini aşkar ediblər.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
