İranda bir gündə 15 nəfəri asdılar
27 noyabr 2025 13:40 (UTC +04:00)

İranda bir gündə 15 nəfəri asdılar

0

İranda noyabrın 26-da biri qadın olmaqla 15 məhbus dar ağacından asılıb.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə məlumatı İranda İnsan Hüquq Müdafiə Təşkilatı "Hengaw" yayıb. 

Bildirilib ki, məhbuslar qətl və narkotik maddə qaçaqmalçılığında təqsirləndiriliblər. 

Məlumata görə, edamlar İranın İsfarayen, Şiraz, İsfahan, Məşhəd, Bocnurd, Kərəc, Xürrəmabad, Zəncan, Qorqan, Rəşt, Qəzvin və Bircənd həbsxanalarında icra olunub.

Qeyd edək ki, bu ilin noyabrında İran İslam Respublikasında ən azı 286 nəfər dar ağacından asılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar