Əsəd rejimindən qorumaq üçün  kitablarını divara hördü – 15 il sonra geri qayıtdı   - VİDEO
17 sentyabr 2026 16:15 (UTC +04:00)

Əsəd rejimindən qorumaq üçün kitablarını divara hördü – 15 il sonra geri qayıtdı - VİDEO

0

Suriyada dini və fəlsəfi əsərlərdən ibarət kitabxanasının Bəşər Əsəd rejimi tərəfindən məhv ediləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan kitablarını evində hördüyü divarın arxasında gizlədib. O, təxminən 15 ildən sonra kitabxanasına yenidən qovuşub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Suriyada vətəndaş müharibəsi zamanı Əsəd rejiminin çoxsaylı kitabları qadağan etməsindən sonra Əlvan dini və fəlsəfi əsərlərdən ibarət kitabxanasını qorumaq üçün onu divarın arxasında gizlədib.

2011-ci ilin sonlarında tərk etdiyi Hums şəhərindəki evinə qayıdan Əlvan çəkiclə həmin divarı dağıdaraq kitabxanasını yenidən üzə çıxarıb. Aradan uzun illər keçməsinə baxmayaraq, kitabların zədələnmədiyi və yaxşı vəziyyətdə qaldığı məlum olub.

Əlvan bildirib ki, divarı 2011-ci ilin oktyabrında hörüb:

“15 ildən sonra geri qayıtdım. Allaha şükür, hər şey yerindədir. Bunlar da Quran hafizliyi üzrə verilən icazə sənədləridir”.

Kitabxanada hədis, fiqh və təfsirlə bağlı çoxsaylı dini əsərlər, “Qurani-Kərim” nüsxələri və Quran hafizliyi icazələri ilə yanaşı, “Tehzîbü't-Tehzîb”, “Tehzîbü'l-Kemâl”, “Taberî Tefsiri”, “Sahîh-i Buhârî Şerhi”, “Siyer-i Nebî”, “Kur'ân-ı Kerîm İ'râbı” və “Câmiu'l-Usûl” kimi mühüm əsərlərin də olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar