“Şakro Molodoy”un “kölgəli” keçmişi, gəncliyində qalan sirlər  – Davamçısı BƏLLİ OLDU
27 noyabr 2025 17:10 (UTC +04:00)

“Şakro Molodoy”un “kölgəli” keçmişi, gəncliyində qalan sirlər – Davamçısı BƏLLİ OLDU

0

Hazırda dünyada 1 nömrəli “qanun oğru” hesab edilən “Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşovun “kölgəli” keçmişi yenə də gündəm olub.

Lent.az xəbər verir ki, kriminal dairələrə aid sosial media səhifələrində və qruplarda onun ilk cinayətinin nədən bəlli olmaması, bəlli müddətdən əvvəli ilə bağlı heç bir məlumatın verilməməsi çoxlarında sual yaradıb. Bu məsələnin niyə indi gündəmə gəlməsi özü də başqa bir mövzudur.

Onun “kasta”sı ("Kasta" termini portuqalca olub "saf soy" anlamındadır və təbəqə ayrılıqlarına dayanır) çoxları müzakirə. Bildirildiyinə görə, o yeziddir. Saf soydan olması onun reytinqini daha da yüksəldir. Amma bu saf soyun arxasında kimlər dayanması bəlli deyil. Onun gənclikdə necə olması barədə məlumatlar qəsdən gizlədilir. Amma o gizlədilən nədirsə, onun “qanuni oğru” koronası almasında, rəqiblərin qarşısında, həm də dost dairəsində əlavə avantaja səbəb olub.

Deyirlər o, Gürcüstanda doğulub. Amma “Şakro Molodoy”un Gürcüstanda, yəni kriminal status almamışdan əvvəl yaşadığı dövr tamamilə “qaranlıq”dır. Hətta doğulduğun evin ünvanı bilinmir, ailə həyatı, konkret “ilk cinayətləri” hamısı qapalı saxlanılır. Əslində bu gizlilik onun barəsində “mif”lərin yaranmasına səbəb olur. Eyni zamanda onun keçmişi “kölgəli” qalır.

Beləliklə, demək olar ki, “Şakro Molodoy”un gəncliyi və kriminal aləmdə ilk addımları naməlumdur. Ortada olanlar isə əfsanədən başqa bir şey deyil. Məsələn, “qanuni oğru” niyə Gürcüstandan köç etdi? Rusiyada necə yüksəldi? Bunlar da cvabını tapmayan suallardır.

Bəzilərinin fikrinə görə, əslində oğru aləminin qaydaları çox sərtdir və belə də olmalıdır.  Onun barəsində yalnız 1990-cı illərin sonunda Rusiyaya köçəndən və xüsusilə 2000-ci illərdən kriminal aləmin “lideri” roluna yüksələndən sonra məlumatlar tapmaq mümkündür. Onu da deyək ki, hətta bu məlumatlar belə biri birini təkzib edir.

***

Bu arada yayılan məlumatlara görə, saf soydan daha bir oğru gəlir və o “Şakro Molodoy”un davamçısı olacaq. Söhbət bu yaxınlarda Moskvada məhkəmə qərarı ilə yeddi il həbs cəzasına məhkum edilən 22 yaşlı Vitali Kalaşovdan gedir. O, qəsdən adam öldürməyə cəhddə təqsirli bilinib.

İstintaqın müəyyən etdiyinə görə, ötən ilin dekabrında sərxoş vəziyyətdə olan Kalaşov Neqlinnaya küçəsində yerləşən mağazada dava salıb. Digər alıcılarla başlayan mübahisə küçədə də davam edib – məhz orada kriminal avtoritetin qardaşı oğlu bıçaq çıxararaq 35 yaşlı kişiyə bir neçə zərbə endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar