Sitrus meyvələri soyuqdəyməni  necə sağaldır? - CAVAB
27 noyabr 2025 16:41 (UTC +04:00)

Sitrus meyvələri soyuqdəyməni necə sağaldır? - CAVAB

0

Apelsin, limon və qreypfrut təkcə dadlı meyvələr deyil, həm də orqanizmin müdafiə sistemini gücləndirən təbii vasitələrdir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, düzgün qidalanma dərmanların yerini tuta bilməsə də, xəstəlik zamanı bədənin ən güclü müttəfiqlərindən biri ola bilər. Klinik dietoloq Mişel Reycer izah edir: “Qidalanma sadəcə kalori qəbul etmək deyil. Biz elə məhsullar seçə bilərik ki, onlar bədənimizin daha tez bərpa olunmasına kömək etsin”.

Xüsusilə sitrus meyvələri – apelsin, limon, mandarin və qreypfrut soyuqdəymə və virus infeksiyalarına qarşı mübarizədə ən təbii köməkçilər sayılır.

Onların tərkibindəki C vitamini immun sistemini stimullaşdırır, leykositlərin (ağ qan hüceyrələrinin) viruslara qarşı daha effektiv mübarizə aparmasına kömək edir və selikli qişaların sağlamlığını qoruyur.

Bu, dərman vasitəsi olmasa da, C vitamini soyuqdəymə əlamətlərini yüngülləşdirə, bərpa prosesini sürətləndirə və orqanizmin viruslara qarşı dözümlülüyünü artırmağa yardımçı ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar