Luvr Avropadan kənar turistlər üçün biletlərin qiymətini  artırır
28 noyabr 2025 03:26 (UTC +04:00)

Luvr Avropadan kənar turistlər üçün biletlərin qiymətini artırır

0

Paris Luvr Muzeyi Avropa İqtisadi Zonası ölkələrindən olmayan turistlər üçün giriş biletlərinin qiymətini 45% artıracaq.

Lent.az xəbər verir ki, bu barədə məlumatı AFP muzey administrasiyasına istinadən yayıb.

Yeni tariflərə görə, Avropa İqtisadi Zonasına daxil olmayan ölkələrin (Aİ, İslandiya, Lixtenşteyn və Norveç istisna olmaqla) vətəndaşları üçün biletin qiyməti 32 avro olacaq.

Qiymət artımı 14 yanvar 2026-cı ildən etibarən qüvvəyə minəcək. Məsələ Fransa hökuməti tərəfindən təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar