Modern incəsənətin ən qiymətli  əsəri fantastik qiymətə SATILDI
27 noyabr 2025 19:06 (UTC +04:00)

Modern incəsənətin ən qiymətli əsəri fantastik qiymətə SATILDI

0

Gustav Klimtin “Elizabet Ledererin portreti” Nyu-Yorkdakı Breuer binasında keçirilən Sotheby's hərracında 236,4 milyon dollara satılıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu barədə hərrac evinin nümayəndələri məlumat veriblər.

Bildirilir ki, avstriyalı rəssamın əsəri “müasir incəsənətin ən qiymətli əsəri” və hərracda satılan ikinci ən bahalı lot olub.

Hündürlüyü demək olar ki, iki metr olan tablo uğrunda altı iştirakçı mübarizə aparıb. Təxminən 19 dəqiqə davam edən hərracda qiymət sürətlə ilkin qiymətləndirməni - 150 milyon dolları keçib. Klimt portreti 1914–1916-cı illərdə yaradıb. Rəsm əsərində onun himayədarlarının qızı Elizabet Lederer təsvir olunub. Modelin üzərində isə möhtəşəm imperator üslublu Çin “əjdaha libası” var.

İtki və xilasetmə tarixi

İkinci Dünya müharibəsi zamanı tablo nasistlər tərəfindən müsadirə olunub. Sotheby's nümayəndələri qeyd ediblər ki, bu əsər “Lederer kolleksiyasından olan digər Klimt işləri kimi məhv edilməkdən son anda xilas olub”.

Həmin digər əsərlər də nasistlər tərəfindən götürülüb, lakin müharibənin sonlarında baş vermiş yanğında məhv edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar