Bakıda küçədən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb.
Kürdəmir rayon sakini 44 yaşlı Elçin Ağalar oğlu Eyyubovun meyiti səhər saat 8 radələrində həmin ünvandakı söhbətgahda tapılıb. Onun nədən öldüyü bilinmir. Məlumata görə, Elçin Eyyubov tüfeyli həyat tərzi keçirib.
Araşdırma aparılır.