2020-ci ildə baş verən 44 günlük müharibə 3833 nəfərin (78 mülki şəxs və 3755 hərbçi daxil olmaqla) həyatına son qoyub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan özünün “Facebook” səhifəsində yazıb.
Simonyan qeyd edib ki, 191 nəfərin (172 hərbçi və 19 mülki şəxs daxil olmaqla) harada olduğu məlum deyil.