Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını "BAKU BAS"a məxsus sərnişin avtobusuna çırpılıb.
Nəticədə, minik maşınında olan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./APA